NƏTİCƏ:

Quranda xəbər verilən gerçəkləri bilərək, dünya həyatının müvəqqəti nemətlərini əldə etmək üçün tamahkarlıq etmək, bunların çətinliyini yaşamaq böyük bir aldanma olar. Dünya nemətləri Rəbbimizin qullarına bir lütfüdür. Bu gerçəyi təqdir edib, bütün bunları Allahın razılığını qazanmaq üçün bir yol görən kəsləri Rəbbimiz həm dünyada, həm də axirətdə "gözəl bir həyat" ilə müjdələmişdir. Əks təqdirdə dünyada da, axirətdə də əzabla qarşılaşar. Zəngin olar, amma xoşbəxt ola bilməz. Gözəl olar, amma gözəlliyi başına bəlalar gətirər. Məşhur olar, amma bir gün tək qalar və nağıl qəhrəmanı kimi yaşamış bir insanın görkəmli həyatı heç gözləmədiyi bir anda sona çatar.

Ətrafdakı bir çox şey insanlara davamlı ölümü xatırlatdığı halda bütün bunları qulaqardına vururlar. Halbuki ölüm hər insana çox yaxındır. İnsan "yaşayıram" dediyi an göz açıb bağlyana qədər qarşısında canını almaq üçün gəlmiş ölüm mələklərini görə bilər. İnsanın ətrafında hər an cərəyan edən ölüm hadisələri, yaxınlarının yavaş-yavaş dünyadan köçməsi ölümdən heç kimin qaça bilmədiyinin açıq dəlilidir. Gənc, yaşlı, zəngin, kasıb, gözəl, çirkin, məşhur demədən ölümün insanı istənilən vaxt və istənilən yerdə haqladığını bilmək isə insanın bu dünyaya bağlanmamalı və əsas ölümdən sonrakı sonsuz yurda hazırlanmalı olduğunu anlamasıdır.

İman gətirən insanlar ölüm gerçəyini səmimi olaraq düşünərək, peşmanlığın və tövbənin fayda verməyəcəyi hesab günü gəlmədən əvvəl Allahın razı olacağı bir insan olmaq üçün daima cəhd göstərməlidirlər.