Mətbuatda ölüm xəbərləri

Heç vaxt batmaz dedikləri Titanik gəmisində ölənlər.

İngiltərənin“White Star Line” dəniz şirkətinə məxsus Titanik sərnişin gəmisinin 1912-ci il aprelin 14-15-də Atlantik okeanında batması nəticəsində meydana gələn faciə.

Uzunluğu 275 m, genişliyi 28 m, dərinliyi 29 m, tutumu isə 60 min ton olan Titanik dövrünün ən böyük və ən lüks gəmisi idi. Gövdəsi 16 su keçirtməyən bölmədən ibarət olan gəminin içi son dərəcə gözəl və təmiz idi. Gəmidə 500 nəfərlik yemək otağından başqa qəbul, siqaret və qəhvə otaqları, geniş yataq otaqları, liftlər, qədimi və müasir hamamlara qədər hər şey var idi. Qısaca gəmi hər cür səfahət üçün uyğun idi. Heç kəs- istər gəmini inşa və idarə edən texniki heyət, istərsə də sərnişinlər gəminin batacağını ağıllarına belə gətirmirdilər. Gəmidə səyahət edə bilməyənlər isə özlərini uğursuz hesab edirdilər.

Titanik 1912-ci ildə aprelin 10-da günlərlə davam edən hazırlıqdan sonra aralarında bir çox tanınmış insanın olduğu 2340 sərnişinlə İngiltərənin “Southamton” limanından Amerikanın Nyu-York şəhərinə getmək üçün ilk səfərinə çıxdı. Atlantik okeanında sürətlə irəlilədiyi zaman ətrafda olan gəmilər radio vasitəsilə aysberq gördüklərini xəbər versələr də, gəmi heyəti bu xəbərə əhəmiyyət vermədi. 1912-ci il aprelin 14-dən 15-ə keçən gecə Amerikanın şərqində Nyufaundlənd adasından 540 km uzaqlıqda hündürlüyü 15 km, eni isə 60 m olan aysberqlə toqquşdu. Sukeçirtməyən bölmələrdən 5-i toqquşma nəticəsində zədələndi. Gəmi aprelin 15-də səhər saatlarında batdı. Qəzadan bir müddət sonra xilasedici gəmilər hadisə yerinə gəldilər. Bütün səylərə baxmayaraq 2340 sərnişindən 1500-dən çoxu öldü.

Faciədə diqqət çəkən məqam gəminin toqquşması ilə batması arasında keçən 4 saat ərzində içəridəki insanların hadisədən xəbərsiz olmaları idi. Gəmi böyük və möhkəm olduğu üçün sərnişinlər batdıqlarını ağıllarına belə gətirmədən əylənməyə davam edirdilər. İnsanların başı içkili əyləncələrə və zinaya qarışmışdı. Hətta su musiqiçilərin dizlərinə çatana qədər gəmi orkestrı çalmağa davam etmişdi.

Bir gün dənizdə öləcəyinə inanan orkestr şefinə dostlarından biri gəmi batarkən içində olsa, nə edəcəyini soruşur. O isə cavabında “Dərhal orkestrı yığıb ifa edərdik” - deyir. “Hansı mahnını ifa edərsiz?” sualına isə, “Ən sevdiyim mahnı olan “Mən sənə hər zaman daha yaxınam, ya Rəbbim” mahnısını” cavabını verir.

Orkestrın yaşlı şefi dediyi kimi etdi. Bədəninin yarısı suya batana qədər “Mən sənə hər zaman daha yaxınam, ya Rəbbim” mahnısını ifa etdi.

Londonda 1913-cü ildə ilk Beynəlxalq Dəniz Təhlükəsizliyi Konfransının toplanmasına səbəbTitanik faciəsi oldu. Konfransda gəmidə sərnişinlərə çatacaq qədər qayığın olması, bu qayıqların hər an istifadə üçün hazır vəziyyətdə saxlanılması, 24 saat radio mesajlarını izləmək məsələləri müzakirə edildi. Həmçinin Atlantik okeanının şimal hissəsindəki aysberqlərlə bağlı digər gəmilərin də xəbərdar edilməsi üçün beynəlxalq təşkilat quruldu. 1985-ci il sentyabrın 1-də okeanın 3950 m dərinliyində Titanikin qalıqları tapıldı.

Dövrünün ən böyük və ən ehtişamlı gəmisi olan Titanik 15 min insanın əməyi nəticəsində hazırlanmışdı. Texniki təchizatı yüksək səviyyədə olduğu üçün nə olur-olsun, insanlar gəminin batmayacağına özlərini inandırmışdılar. Gəminin möhkəmliyinə inanan insanlar bir həqiqəti unudurdular: Allahın yazdığı qədəri heç nə dəyişə bilməz. Necə ki, kiçik bir zədə gəminin batmasına səbəb oldu.

İnsan belə bir hadisə ilə qarşılaşıb-qarşılaşmamasından aslı olmayaraq, dünyadakı hər şeyin müvəqqqəti olduğunu və bütün gücün Allaha aid olduğunu unutmamalıdır. Çünki belə hadisə ilə qarşılaşsa, bir daha geriyə qayıtmaq və səhvlərini düzəltmək imkanı olmaya bilər. Allah ölümü heç gözləmədiyi anda qarşısına çıxardar.

“Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərni? Bundan sonra hansı sözə inanacaqlar?” (Əraf surəsi, 185)

ADOLF HITLER (1889-1945)

1889-cu il aprelin 20-də əsasən almanların yaşadığı yuxarı Avstriyanın Braunau qəsəbəsində doğulan Adolf Hitler Avstriya vətəndaşı idi.

1925-ci ilin fevralında nasist partiyası olan Nasional Sosialist Alman İşçi Partiyasının idarəsini ələ keçirtdikdən sonra 1930-cu ildə Parlamentə 107 millət vəkili ilə gəldi.

Hitler 1933-cü ildə dövlət başçısı Hindenburq tərəfindən baş nazir postuna gətirildi. 1934-cü ildə Hinderburq vəfat etdikdən sonra Hitler Almaniyanın prezidenti oldu.

1938-ci ildə Avstriyanı, 1939-cu ildə isə Çexslovakiyanı Almaniya torpaqlarına qatdı. İtaliya ilə razılığa gəldikdən sonra 1939-cu ilin sonlarında Polşaya hücum etdi. Hitlerin Polşaya hücumu ilə İkinci dünya müharibəsi başladı. Ardınca Danimarka, Norveç, Hollandiya, Belçika və sonda Fransanı işğal etdi.

Ölkədəki bütün axsaqlıqların səbəbkarı kimi yəhudi və qaraçıları göstərir, alman irqinin üstün olduğunu deyirdi. Bütün alman xalqını da buna inandıraraq tarixin ən böyük soyqırımına başladı. Bütün yəhudiləri düşərgələrə yığdı. İş qabiliyyəti olanları ayıraraq digərlərini qaz otaqlarında öldürüb, sobalarda yandırdılar. (Bu, təkcə Almaniyada deyil, işğal edilən bütün ölkələrdə tətbiq edildi. Orta hesabla Avropada 5.5 milyon yəhudi və yarım milyon qaraçı işgəncə ilə öldürüldü.) Minlərlə əqli qüsurlu insan gizli əmrlərlə xəstəxanalarda öldürüldü.

Hitlerin ölümsüzlük hissi xəstəliyi var idi. Bu fikrə düşməyinə səbəb kiçik qardaşlarının ondan əvvəl ölməsi hesab edilir. Bu ona özünü xüsusi hiss etdirirdi. Bir digər səbəb isə Birinci dünya müharibəsi dövründə cəbhədə ikən içindən bir səs olduğu yeri tərk etməsini deməsi idi. Tərk etdiyi yerə bombanın düşməsi və ordakı dostlarının ölməsi onda xüsusilik hissini daha da gücləndirmişdir. (Walter C.Langer Hitlerin Psixopatolojisi səh. 194)

Sovet qüvvələri 1945-ci il aprelin 30-da şəhərə daxil olub Hökumət binasına yaxınlaşdıqda, Hitler əvvəlcə həyat yoldaşı Eva Braunu, sonra isə özünü silahla vuraraq intihar etmişdir. Öz istəyi ilə cəsədi köməkçiləri tərəfindən bomba kraterinə qoyularaq benzinlə yandırılmışdır.

BENITO MUSSOLINI (1883-1945)

Adolf Hitlerlə birlikdə faşizmin ən önəmli simalarından biri olan Mussolini İkinci dünya müharibəsində İtaliyanın baş naziri olmuşdur. Mussolini kütləvi qırğın silahı ilə 20-ci əsrin ilk yarısını qana bulamış və insanlıq tarixinin ən qəddar qətliamlarını törətmişdir. Siyasətə başladığı dövrdə sosializmi mənimsəməsinə baxmayaraq daha sonra faşist olan Mussolini Efiopiya və Yuqoslaviyada 300 min insanı qətlə yetirmişdir. Mussolini 1945-ci ildə aprelin 27-də İsveçrəyə qaçmaq istəyərkən italyan komunistlər tərəfindən tutuldu. Musssolini və sevgilisi güllələnərək edam edildilər. Cəsədləri Milana gətirildi və Loretto meydanında ayaqlarından asıldı. Meydana toplaşan kütlə diktatorun meyitini daşlayaraq təhqir etdi. Cəsədləri ibrət üçün günlərlə nümayiş etdirildi.

İOSİF STALİN (1879 - 1953)

1922-ci ildən 1953-cü ildə ölənə qədər Sovet Rusiyasına liderlik etmiş, Sovet Birliyi Kommunist partiyasının baş katibi vəzifəsində işləmişdir. Leninin ölümündən sonra 1924-cü ildə Kommunist Partiyasının başına dünyanın ən qanlı diktatoru sayılan Stalin keçdi. Stalin 30 illik hakimiyyəti dövründə kommunizmin nə qədər qəddar sistem olduğunu göstərərək qətliam və işgəncələrlə dolu bir dövrə imza atdı. Stalinin ilk olaraq Rusiya əhalisinin 80%-ni təşkil edən kəndlilərin tarlalarına dövlət adına əl qoydu. Kollektivizasiya adı verilən və məqsədi şəxsi mülkü yox etmək olan bu siyasət nəticəsində rus kəndlilərinin bütün məhsulu silahlılar tərəfindən alındı. Nəticədə kəndlilər arasında qıtlıq yarandı. Milyonlarla qadın, uşaq və qoca yeməyə heç nə tapmadıqları üçün aclıqdan həyatlarını itirdilər. Qazaxıstan əhalisinin 20%-i aclıqdan öldü. Qafqazda isə ölü sayı 1 milyona çatdı.

Stalinin bu siyasətinə qarşı çıxmaq istəyən yüz minlərlə insan Sibirə ağır iş düşərgələrinə göndərildi. Çox ağır şəraitdə işləyən dustaqlara bu düşərgələr məzar oldu. Həmçinin Stalinin gizli polisləri tərəfindən on minlərlə insan edam edildi. Rusiyanın ucqar bölgələrinə sürgün edilən milyonlarla insanlar arasında Krım və Türkistan türkləri də var idi. Stalinin qanlı siyasətinin nəticəsində 20 milyon insan qətlə yetirildi, özü isə 1953-cü il martın 5-i öldü. Ölümünə səbəb kimi isə zəhərləndiyinə dair müxtəlif fərziyyələr irəli sürüldü.

Vladimir İliç Lenin (1870-1924)

Rusiya İmperiyası dövründə Simbirskdə anadan olan Lenin elə həyatının ilk illərində iki faciə ilə qarşılaşır. 1886-cı ildə atası beyninə qansızmadan dünyasını dəyişir. 1887-ci ildə isə qardaşı Aleksandr İliç Ulyanov Rus çarı III Aleksandra bombalı sui-qəsd təşkil tməkdə təqsirli bilinərək edam edilir. Aleksandr həbs edildiyi vaxt yanında olan bacısı Anna Karzai yaxınlıqdakı Kokuşkino qəsəbəsinə sürgün edilir. Rəsmi sovet bioqrafiyalarında Leninin hərəkətlərinin təməlində bu hadisələrin durduğu da güman edilir.

1917-ci il noyabrın 7-də bolşeviklər iqtidarı ələ keçirdikdən sonra Lenin elə həmin ildə Xalq Komissarları Şurasının başçısı seçilir. Leninin hakimiyyəti dövründə Rusiyada 5 milyon insanın ölümünə səbəb olan qıtlıq siyasəti yürüdür. Bu zülmlə kommunist vəhşiliyinin ən böyük nümunəsi göstərildi. Stalin və ya Mao kimi kommunist diktatorlar Leninin başlatdığı vəhşiliyi daha da artıracaqdılar.

Leninin sonu da çox maraqlı oldu. 1922-ci ildən başlayaraq daha da ağırlaşan bir xəstəlik Lenini iflic etməyə başladı. O, 1923-cü ili əlil arabasında və şiddətli baş ağrıları ilə keçirtdi. 1923-cü ilin martında danışma qabiliyyətini itirdi. Ömrünün son aylarında üzündə dəhşətli ifadə olan və yarı dəli olan Lenini heç kim tanımırdı. O, beyninə qan sızması nəticəsində 1924-cü il yanvarın 21-də öldü.

Bolşevikler Leninin cəsədini balzamlayaraq dəyərli hesab etdikləri beynini qoruma altına aldılar. Daha sonra cəsəd Moskvadakı Qızıl Meydanda qədim yunan məbədlərini xatırladan Mavzoleyə qoyuldu və insanlar məzarı ziyarət etmək üçün uzun növbələr yaratdılar. Ziyarətçilər məzara qorxu ilə baxırdılar.

Gözlə görünməyən bir bakteriya pr. Ualtonun ölümünə səbəb oldu

Pr. Devid Ualton ötən il qarın ağrısı, yüksək qızdırma və bədəninin bəzi yerlərində əmələ gələn qabarcıqlar səbəbi ilə xəstəxanaya aparılır. 24 saat içində baş vermiş ölümə səbəb “streptococcus pyogenes” adlı ətyeyən bakteriya göstərilir. Həkimlər çox nadir rast gəlinən bu xəstəliyin dioqnozunu qoymaqda çətinlik çəkir və bakteriyanın bütün bədənə yayılması nəticəsində Ualton bir anda gözləri qarşısında ölür. İngiltərə Mərkəzi Bankının komissiya üzvü olan Ualtonun əlinə ət yeyən bakteriya bir dəmir qırıntısı ilə daxil olmuşdur. 12 saatda əvvəlcə qollarına, kürəyinə və böyrəklərinə yayılmış və 24 saat sonra professor daxili qanaxmadan dünyasını dəyişmişdir. (Flesh-eating bug killed top economist in 24 hours)

İnsanların xəstələnməkləri üçün kənardan bədənlərinə virus və ya bakteriyanın daxil olmasına ehtiyac yoxdur. Bəzən insanın öz hüceyrələri də ölümcül xəstəliklərə səbəb olur. Anormal hüceyrələrin idarəsiz çoxalması və yayılması olan xərçəng xəstəliyindən ölən məhşurlar, dövlət adamları, kiçik uşaqlar və bir çox insan buna misal ola bilər.

Hit Ledcer (1979- 2008)

Akademiya mükafatı qazanmış avstraliyalı televiziya və kino aktyoru Hitklif Endryu Ledcer 2005-ci ildə “Broukbək dağı” filmindəki rolu ilə “Ən yaxşı kişi aktyor” kateqoriyasında Avstraliya Film İnstitutu və Nyu-York Film Tənqidçiləri Birliyi tərəfindən mükafat qazandı, BAFTA və Akademiya Mükafatına namizəd oldu.

Ledger 2008-ci il yanvarın 22-də Manhettendəki evdində ölü vəziyyətdə tapılır. Onun ölümünə səbəb kəskin intoksikasiya – ağrıkəsici, sakitləşdirici və depressiyaya qarşı olan dərmanların orqanizmində verdiyi əks reaksiya olduğu məlum olur. Son filmi Toni rolunu canlandırdığı, ancaq ölümünə görə çəkimləri dayandırılan “The Imaginarium of Doctor Parnassus” oldu.

Avstraliyanın baş naziri Kevin Rudd: “Hit Ledcerin öldüyünü eşitdikdə çox təəsüflədim... Dövrümüzün ən yaxşı aktyorlarından birini gənc yaşda itirmək hamımız üçün kədərləndiricidi” -dedi.

Ledcerin ölümünə Hollivud ulduzları da münasibət bildirdilər. “Oskar” mükafatı almış aktyor- rejissor Mel Qibson: “Ona çox ümid bəsləyirdim. Daha yeni başlayırdı. Belə tez aramızdan ayrılması faciəvi bir itkidir”- dedi.

Los-Ancelesdə Ledcer üçün vida mərasimi keçirildi. Ailəsi onun cənazəsini doğulduğu yer olan Pertə aparır və burada 500 nəfərin iştirak etdiyi vida mərasimi ilə “Ferament” məzarlığında Hit Ledcerin cəsədi yandırılır.

Aaliyah ( 1979- 2001)

Bir gün Uitni Hyuston və Diana Ross qədər məhşur olacağı düşünülən və musiqi dünyasında sürətlə yüksələn Aaliyah Baham adalarında Abako adasından havaya qalxan təyyarənin qalxdıqdan qısa müddət sonra yerə düşməsi nəticəsində həyatını itirmişdi.

Ceyms Din (1931-1955)

Ceyms Din 1955-1956-cı illərdə oynadığı 3 filmlə məhşurluq qazanaraq gənclərin idealı olur. Dövrünün “tərs gənc” imicinin formalaşmasında böyük rol oynayır. “Porsche” markalı avtomobili ilə düşdüyü qəzada dünyasını dəyişir. Hələ karyerasının başlanğıcında olmağına baxmayaraq əfsanəyə çevrilir. Sonralar bir çox sənətkara ilham mənbəyi olmuşdur.

Jokeyin gözlənilməz ölümü

Cənubi Koreyadan olan jokey Hyunq-Çil qəza nəticəsində həyatını itirmişdir.

15-ci Asiya Oyunlarında manejə çıxan Kim Hyunq-Çilg güclü yağış və palçıq səbəbilə 1,5 m yüksəklikdəki 8 nömrəli manedə atın üstündən düşür. Atı da maneəni keçə bilməyərək onun üstünə düşür. Kim Hyunq-Çil xəstəxanaya çatdırılsa da, dünyasını dəyişir. Bütün səylərə baxmayaraq 47 yaşlı joker başından və sinəsindən aldığı travmalardan həyatını itirir.

Şahzadə Diana (1961- 1997)

Əksər insana görə İngiltərənin ən çox sevilən qadını, ingilis xalqının qəlbindəki şahzadə idi. 1997-ci il səhər saatlarında Parisdə Pont de l'Alma tunelində baş vermiş yol qəzasında dünyasını dəyişən Diana göz qamaşdıran geyimləri, lüks yaxtalar və saraylarla nağıllar aləminin qəhrəmanı idi. Görkəmli mərasimlə, milyonların göz yaşları ilə şahzadə Diana Londonda dəfn edilir.

Braziliyalı gənc modelin maraqlı ölümü

2008-ci ildə Beynəlxalq gözəllik müsabiqəsində Braziliyanı təmsil edən 20 yaşlı model Mariana Bridi da Kostanın vücuduna düşən infeksiya nəticəsində əlləri və ayaqları kəsildi.

Dekabrın 30-da xəstəxanaya aparılan Bridiyə həkimlər əvvəlcə böyrəyində daş olduğunu söylədilər. Ağrılarının daha da artması ilə yenidən xəstəxanaya aparılan gənc modelin müayinələrdən sonra sidik yollarında infeksiyaya yoluxduğu məlum oldu.

Bridinin əl və ayaqlarında qanın zəhərlənməsinə “Pseudomonas aeroginosa” adlı bakteriyanın səbəb olduğu məlum oldu. İnfekisiyanın yayılmamasının qarşısını almaq üçün həkimlər Bridinin əl və ayaqlarını kəsməyə məcbur oldular. Müalicə dövründə vəziyyətinin ağırlaşması nəticəsində gənc model həyatını itirdi.

Cimi Hendriks (1942-1970)

Cimi Hendriks bu günə qədər yaşamış ən böyük gitaraçılardan biri idi. Bir konsertdən çıxıb digərinə gedən, bir dəqiqəsi belə boş keçməyən, bir səhnədən yüz min dollar qazanan, milyonların heyran olduğu 28 yaşlı Cimi 1970-ci ildə sentyabrın 18-də yuxuda qusaraq boğuldu və öldü. Cənazəni gətirmə xərci çox olduğu üçün atası Cimi Hendriks üçün cənazə fondu yaratmağa məcbur oldu.

Con Lennon (1940- 1980)

İnsanların “musiqi tarixinin ən böyük əfsanələrdən biri” kimi gördüyü və ölümsüz olduğunu düşündükləri Con Lennon karyerasının zirvəsində ikən 1980-ci il dekabrın 8-də əqli qüsurlu Mark Devid Çepmen adlı “Beatles” fanatı tərəfindən Nyu-Yorkdakı evinin qaşısında öldürüldü. Polis Lennoun vurulduğu an şüurunun yerində olub olmadığını yoxlamaq üçün adını soruşduqda “Mən con Lennon, “Beatles”in Con Lennonu” cavabını vermişdir.

Merilin Monro (1926- 1962)

Merilin Monro 20-ci əsrin ən məşhur kino ulduzlarından, aktrisa, müğənni, model və pop ikonlarından biri idi.

İllərlə özünü kiçik rollarda sınayan, daha sonra komediyadakı bacarığı və görünüşü ilə 1950- 1960-cı illərin ən məşhur film ulduzlarından biri oldu.

Karyerasının sonlarına doğru ciddi rollarda da oynadı və qazandığı şöhrətlə dövrünün digər ulduzlarını geridə qoydu. Hər kəsin gözündə xoşbəxt görünməyinə baxmayaraq, şəxsi həyatında yaşadığı məyusluq və güvənsizliklər problemlərini daha da artırmışdı. 1950-1960-cı illərdə səhhətində və şəxsi həyatında yaşadığı problemlər karyerasına, dolayısı ilə, məşhurluğuna da təsir etmişdir.

Ölümündən sonra da məşhurluğu get-gedə artmış, dövrünün ən məşhur ikonlarından biri olmuş, məşhurlar tərəfindən təqlid edilmişdir. 1962-cı ildə Brentvuddakı evində ölü tapılmışdır. Ölümü rəsmi şəkildə artıq dozada yuxu həbi qəbul edərək intihar etmək kimi göstərilsə də, ölüm səbəbi ilə bağlı bir çox iddialar irəli sürülmüş, sui-qəsdə qurban getdiyi ehtimalı da düşünülmüşdür.

Elvis Presli (1935-1977)

Vanna otağında ölən bir çox insan olsa da, onlar arasında ən məşhuru Elvis Preslidir. Həkimlər rokun kralının ölümünə artıq çəki və müxtəlif dərmanların qarışdırılması ilə əlaqədar infarktın səbəb olduğunu söyləyirlər.

Con Erik Heksum

1980-ci ilin ən məşhur filmlərindən olan “Zamanda səyahət” serialının baş rol aktyoru Heksum 1984-cü ildə 27 yaşında qəza nəticəsində dünyasını dəyişir. “Cover” adlı filmin çəkilişlərində istirahət zamanı filmdə istifadə olunan silahı zarafatlaşmaq üçün gicgahına dayayır. Silah boş olsada arxaya doğru zərbə ilə atıldı və kəllə sümüyündə qırıqlar meydana gətirdi. Aktyor aldığı zədədən həyatını itirdi.

Brendon Li

1993-cü ildə özü kimi gənc yaşda həyatını itirən Brus Linin oğlu Brendon Li “Qarğa” filminin çəkilişləri zamanı boş olmalı olan, lakin səhvən doldurulan silahdan vurularaq ölür. Hadisə çəkilişlərin bitməsinə 8 gün, Linin evlənməsinə isə 2 həftə qalmış baş verir.

Tennessi Uilyams

Ağıla gəlməyəcək formada ölən Tennessi Uilyams əsasında film çəkilən “Arzu Tramvayı”, “Qızğın damdakı pişik” kimi əsərləri ilə tanınan məşhur yazıçı idi. 1983-cü ildə Uilyams Nyu-Yorkdakı otel otağında burnuna damcı sıxırdı. Dərmanın qapağı səhvən məşhur yazıçının burnuna gedir və Uilyams son nəfəsini verir. Onun ölümü intihar kimi qiymətləndirilsə də, rəsmi qeydlərdə faciəvi ölüm kimi qeyd olunur.

Stiv İrvin

Təbiət haqqında sənədli filmləri ilə tanınan “timsah ovçusu” ləqəbli Stiv İrvin çəkiliş zamanı skat balının onun sinəsinə vurduğu güclü zərbədən dünyasını dəyişir.

Cim Fiks

Fiks 1977-ci ildə nəşr olunan “Complete book of running” adlı kitabı ilə Amerikada qaçış çılğınlığı başlatmışdı. O, 1984-cü ildə qaçış zamanı infarkt keçirərək dünyasını dəyişir.

Vik Morrou

Morrou da çəkiliş meydanında dünyasını dəyişən aktyorlardandır. “Alacaqaranlıq qurşağı” filminin çəkilişləri vertalyotun partlaması səhnəsində atılan pərvanə Vikin başına dəyir. Aktyor dünyasını dəyişir

Atlantika uddu!

“Nyu-Yorkdan Cenevreyə gedən Svissair təyyarəsi Atlantikada düşdü: 229 ölü. FTB qəzanı araşdıracaq...”

Atlantik okeanı üzərində baş verən qəza son illərin ən qorxunc qəzası idi. Göyərtəsində 229 sərnişin və heyəti olan təyyarə Kanada yaxınlığında Atlantik okeanına düşdü. Qəzanı Amerika prezidenti Bill Klinton araşdıracağını söylədi. Klinton təyyarənin düşdüyü Şimali İrlandiyaya gedərək bunun təxribat olmadığını, amma yenə də Amerikanın Kanadanı dəstəklədiyini və həqiqətin ortaya çıxmasına kömək edəcəklərini söylədi.

Yanacaq boşaltdı.

Cenevreyə getmək üzrə Nyu-Yorkun John F. Kennedy Beynəlxalq Aeroportundan havaya qalxan Swissair MD - 11 təyyarəsi Kanadadakı Novia Skotia yaxınlarında okeana düşdü. Havaya qalxdıqdan təxminən 40 dəqiqə sonra təyyarənin pilot kabinetində səbəbi məlum olmayan yanğın baş verdi. Pilotun Kanadanın beynəlxalq hava limanı olan Halifaks idarə qülləsi ilə son danışığında pilot kabinetində tüstü olduğunu bildirdiyi və məcburi eniş üçün icazə istədiyi bildirildi. Bu danışığın ardından pilot təyyarənin yanacağını boşaldıb alçalmağa başladı. Sonra təyyarə ilə əlaqə kəsildi. Təyyarə Halifaksa 64 km qalmış okeana düşdü. Blendford qəsəbəsində yaşayan insanlar göy gurultusunu xatırladan bir səs eşitdikləri dedilər. Təyyarədə olan 14-ü təyyarə heyəti olan 229 nəfərdən xilas olan olmadı.

Farra Fouset öldü

Farra Fouset Santa Monica xəstəxanasında üç illik müalicədən sonra dünyasını dəyişdi. “Çarlinin mələkləri” filmindəki rolu ilə dünya şöhrəti qazanan amerikalı aktrisa Farra Fouset ölüm yatağında ikən xəstəliyə qarşı verdiyi mübarizə barədə çəkdirdiyi sənədli filmi ilə diqqətləri cəlb etməyi bacardı.

“Farranın hekayəsi” adını verdiyi 90 dəqiqəlik sənədli film aktrisanın özü tərəfindən “bir ölü haqqında yazılan qısa bioqrafiya” ‘şəklində hazırlandı. sənədli filmdə aktrisanın xərçənglə 3 illik mübarizəsi, yataqdan çıxa bilmədiyi son həftələri, ağır müalicəsi və oğulunu belə tanıya bilməyəcək hala gəldiyi nümayiş etdirilir. 3 il xərçəng xəstəliyindən müalicə olunan Fouset 70-ci illərin əvvəllərində məşhur olmayan aktrisa və model idi. 1976-cı ildə bir agentlik tərəfindən çəkilən fotoşəkli ilə məşhurlaşdı. Fotoşəklin 12 milyon nüsxəsi satıldı, eyni zamanda "aslan saç" adlandırılan saç modeli dünyanın hər tərəfində qadınlar tərəfindən maraqla qarşılandı.

“Çarlinin mələkləri” filmindəki roluilə daha da məşhurlaşan Farra Fouset 116 hissədən ibarət serialın yalnız 29 bölümündə oynadıqdan sonra özünü kinoda sınamaq istəsə də gözlədiyi uğuru əldə edə bilmədi. 2000-ci ildə bir komediyada Riçard Gir ilə yenidən kamera qarşısına keçən Fouset daha sonra ondan bəhs edən serialda çəkildi. Xərçəng xəstəsi olduğunu isə 2006-cı ildə öyrəndi. Kimyaterapiya görən ulduzun 2007-ci ildə xərçəngə məğlub olduğu açıqlandı.

Maykl Cekson öldü

Amerikada musiqi dünyası şokda! Nəfəs çatışmazlığı səbəbi ilə Los-Ancelesdə xüsusi klinikada müalicə alan məşhur pop ulduzu Maykl Cekson öldü. Evində vəziyyəti pisləşərək yerə yıxılan müğənni xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmadı. Məşhur pop ulduzun ölüm xəbəri pərəstişkarlarını göz yaşlarına boğdu.

Popun kralı Maykl Ceksonun vəkili məşhur müğənninin Londonda verəcəyi konsertlər üçün güc toplamaq məqsədilə bəzi dərmanlar qəbul etdiyini və bu dərmanların onun ölümünə səbəb olduğunu iddia etdi. Karyerası boyu təxminən 750 milyon albom satan və 13 dəfə “Grammy” mükafatı alan Cekson dövrünün ən uğurlu şou ulduzlarından biri kimi qəbul edilirdi.