Hər kəs çox yaxşı bilir ki, dünya həyatı müvəqqətidir. Bir neçə saat, bir gün, bir il, 30 il, ya da 70 il... Həmçinin, müvəqqəti olan hər şeyin nəhayətdə bitəcəyini də hər kəs bilir. Bir insan 80 il də yaşasa, 100 il də yaşasa, gün keçdikcə sona doğru daha da irəliləyir. İstisnasız olaraq hər insan bunu öz həyatında görmüşdür. Uzunmüddətli olaraq etdiyinizi düşündüyünüz hər plan sonda keçib getmişdir. Hal-hazırda keçmişə dönüb baxdığınız zaman həyatınız haqqında söyləyəcəyiniz ilk söz “necə də tez keçdi!” olacaqdır. www.maddedekimuhtesemilim.com
Məsələn, orta məktəbdə təhsil alan bir gənci düşünün. Birinci sinifdə ikən orta məktəbi çox uzun müddətdə bitirəcəyini düşünür. Amma bir gün baxır ki, artıq orta məktəbi, hətta universiteti belə bitirib. Bu zaman birinci sinifdə nələr düşündüyünü heç xatırlamır belə. Ağlında başqa planlar olur. Bəlkə də bir neçə ay sonra evlənməyinin planını qurur və o günün çox uzun müddət ərzində gələ biləcəyini düşünür. Amma o gün də gəlir və ondan sonra planını qurduğu digər günlər də.
Hətta zaman o qədər sürətli keçir ki, insan bir anda özünü uşaqları və nəvələri olmuş yaşda görür.
Artıq dünya həyatı üçün müəyyənləşmiş müddət bitmək üzrədir. O böyük günə bəlkə bir neçə il, bəlkə bir neçə həftə, hətta bəlkə bir neçə dəqiqə qalmışdır...
Halbuki dünyanın müvəqqəti yer olduğunu və əsl həyatın axirət olacağını Allah Quranda insanlara açıqlamışdır. Axirətdə sonsuza qədər davam edəcək Cənnət və Cəhənnəm həyatının bütün detallarını Allah təsvir etmişdir. Buna baxmayaraq, insan çox qısa müddət davam edən dünya həyatına bağlanır və nəfsi üçün yaşayır. Halbuki hadisələri ağılla qiymətləndirən və gerçəkləri düşünən insan dünya həyatının sonsuz həyatla müqayisədə nə qədər dəyərsiz olduğunu görüb anlayar. Axirətdə isə sonsuza qədər davam edəcək həyatını bənzərsiz nemətlərlə dolu Cənnətdə keçirmək üçün çalışar. Bunun tək yolu isə səmimi olaraq Allaha yönəlməkdir. Mütləq gerçək olacaq sonu heç düşünmədən dünya həyatının bitəcəyi anı qulaqardına vuranlar isə, şübhəsiz ki, sonsuz əzaba layiqdirlər...
Allah Quranda Ona ibadət etməkdən qaçan insanların qarşılaşacaqları bu sonu belə bildirmişdir:
Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbr et! Onlara (əzabın) tez gəlməsini istəmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. (Bu), bir təbliğatdır. Heç fasiq adamlardan başqası məhv edilərmi? (Əhqaf surəsi, 35)
Çox qısa müddət davam edən dünya həyatını bitirib, axirətə gedən inkarçıların təəccübü də belə olacaqdır. Uzun müddət davam edəcəyini düşündükləri dünya həyatı onları aldatmışdır. Necə ki, bəziləri min il, bəziləri min ildən də çox yaşayacaqlarını zənn edirlər. Halbuki öldükdən sonra dirildikləri zaman dünyada, əslində, çox az bir müddət qaldıqlarını anlayacaqlar. Rəbbimiz Quranda bunu belə bildirir:
Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş”– deyəcəklər. (Allah) deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz! (Muminun surəsi, 112-114)10 il yaşamış insan da, 100 il yaşamış insan da yuxarıdakı ayələrdə bildirildiyi kimi, dünyada təxminən bir gün ömür sürdüyünü sonda anlayacaqdır. Eynilə yuxudan oyanan və çox uzun tətil keçirdiyini zənn edərkən yalnızca bir neçə saniyənin keçdiyini anlayan insan kimi... Hətta yaşadığı ömür ona elə qısa gələcəkdir ki, aşağıdakı ayədə bildirildiyi kimi, böyük həvəslə keçirdiyi və illərlə davam edən həyatının yalnızca bir saat çəkdiyinə and da içəcəkdir:
O Saatın gəldiyi gün günahkarlar (dünyada) bircə saat qaldıqlarına and içəcəklər. Onlar (dünyada da haqdan) belə üz döndərirdilər. (Rum surəsi, 55)