Yuxu ilə ölümün bənzərliyi

Quranda yuxu “ölüm” adlandırılır və bildiyimiz “ölüm” ilə “yuxu” arasında heç bir fərq göstərilmir. Bu da yuxu zamanı baş verən hadisənin ölüm zamanı da eyni şəkildə baş verdiyini göstərir. Sonsuz elm sahibi uca Allah Quranda yuxu haqqında belə bildirir:

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. (Zümər surəsi, 42)

Yuxuda baş verən və ölümə bu qədər bənzəyən hadisə nədir?

İnsan ruhu yuxu əsnasında “oyaq” olduğu zaman istifadə etdiyi bədəndən ayrılır. Yuxu görməyə başladıqda yeni bir bədənlə və yeni bir mühitdə yaradılır.

http://www.gercegibilmek.com

Eynilə ölümlə birlikdə dünya mühiti və buradakı bədənlə də əlaqə kəsilir. Yenidən dirilənə qədər davam edən yuxudan sonra axirət və burada yaradılan bədənlə yeni həyat başlayır. Quranda öldükdən sonra dirilməyə inanmayanların dirildikləri zaman söylədikləri sözlər belə bildirilir:

Onlar deyəcəklər: 'Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş'. (Yasin surəsi, 52)